Bakı sakininin evindən narkotik aşkarlandı - VİDEO

19.03.2019 19:25

Sabunçu rayonunda evdən külli miqdarda narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə,Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuşRüstəm İmanovsaxlanılıb.

Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman3,884qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq R.İmanovun yaşadığı Ləhiş bağlar massivindəki mənzilə də polislər tərəfindən baxış keçirilib. Oradan isə həmin şəxsə məxsus ümumi çəkisi 1kiloqram 7 qram narkotikvasitə olan heroin, 6ədəd süngü-bıçaq və1ədəd kustar üsulla hazırlanan balta aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 42-ci polis bölməsində toplanan material Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR