Telefon satdı, aldığı pul saxta çıxdı - VİDEO

19.03.2019 19:02

Müştəri telefon aldığı şəxsə saxta pul verib. Ismayıllı sakini 2 ədədtelefonu internet vasitəsi ilə tapdığı müştəri üçün bakıya göndərib.tanımadığı həmin adam isə ona 100 abş dolları verib. Sonradan həmin pulların saxta olduğu üzə çıxıb.

Telefon satan şəxsə saxta pullar veriblər.

Hadisə İsmayıllı sakininin başına gəlib.Teymur İsmayılov internetdə telefonlarını satmaq üçün elan verib.Bakıdan tanımadığı bir şəxs Teymur İsmayılova zəng edərək telefonları almaq istədiyini bildirib və iki telefon üçün 100 dollar ödəməsi ilə bağlı razılaşıblar.

Teymur 2 telefonu müştəriyə taksi ilə yola salıb. Tanımadığı müştəridə Bakıdan ona 2 ədəd 50 dollar göndərib. 100 abş dollarınıalan Teymur bankların birində pulu milli valyuta çevirmək istəyib. Bankdan isə bildirilib ki, həmin pullar saxtadır.

Aldadılan rayon sakini saxta pullar barədə polisə məlumat verib. O, dərhal İsmayıllı rayon Polis Şöbəsinə dəvət edilərək məsələ ilə bağlı izahatı alınıb. Polis əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb.

© xezerxeber.az


243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR