Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bayram günlərinə olan hava proqnozu açıqlanıb - VİDEO

18.03.2019 18:55

Respublikanın yüksək dağlıq ərazilərində 4 istiqamətdə aparılmış qarölçmə işləri başa çatıb. Hər il yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə mart ayında Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır. Qarölçmə işləri respublikada əvvəlcədən müəyyən edilmis 23 qarölçmə marşrutunda aparılıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə ekspedisiya qrupunun rəhbəri Asif Verdiyev deyib.

O bildirib ki, qarölçmə işləri zamanı qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu təyin olunub. Ötən ilə nisbətən Kiçik Qafqaz dağlarında - Daşkəsən və Göygöl rayonlarında qar ehtiyatlarında dəyişiklik müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva isə bayram günlərində müşahidə ediləcək hava şəraiti haqqında məlumat verib.

Bildirib ki, martın 21-də isə respublikanın əksər rayonlarında mülayim yaz havası müşahidə ediləcək. Hava yağmursuz keçəcək. Havanın temperaturu əvvəlki günə nisbətən artacaq. Günorta saatlarında Bakıda və Abşeron yarimadasında havanın maksimal temperaturu 12-14 dərəcə olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






380 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR