Bakıda bu qəbiristanlıqlar zibilxanaya çevrilib - VİDEO

18.03.2019 19:48

Bakıda qəbiristanlıq boyu hər tərəfə o qədər məişət tulantıları atılıb ki, zibilxananı xatırladır. İzləyicilər tərəfindən "Xəzər Xəbər''in votsap nömrəsinə göndərilən bu görüntü paytaxtın Suraxanı rayonu Qaraçuxur qəbiristanlığında çəkilib.

Xezerxeber.az-ın məlumatına görə, "qaynar xətt"ə göndərilən digər görüntü isə Binəqədi rayonu kənd qəbristanlığında çəkilib.

Araşdırmamız nəticəsində məlum olub ki, hər iki qəbiristanlıq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansındandır.

Qurumun baş mühəndisi Sabir Həsənovun sözlərinə görə, ziyarətçilərin məsuliyyətsizliyi nəticəsində bu kimi hallar demək olar ki, bütün qəbiristanlıqlarda müşahidə edilir. Sözügedən hər iki qəbiristanlıq təmizlənsə də xidmətin bütün qəbirlərin ətrafını təmizləyəcək qədər canlı qüvvə və texnikasının olmadığı bildirilir.

Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirilir ki, vətəndaşlar xoşagəlməz halla qarşılaşdıqda bu quruma müraciət etməlidir.

Bayram günlərdə qəbiristanlıqlar daha çox ziyarət edildiyindən buradakı natəmizlik də artır. Buna görə də trest tərəfindən nəzarətin gücləndiriləcəyi bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR