Kərə yağını əritdi, bu halla qarşılaşdı - İsmayıllı sakininin başına gələnlər nəzarətə götürüldü - VİDEO

18.03.2019 20:11

İsmayıllı rayon sakini bayram şirniyyatı bişirmək üçün rayonda fəaliyyət göstərən marketlərin birindən kərə yağı alıb. Yağ əridilən zaman isə rəngini dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, yağ əvvəlcə sarı olub, əridildikdən sonra isə rəngini dəyişərək qaralıb.

Rayon sakini Qönçə Həsənova deyir ki, yağı əridərkən məhsulun rəngi dəyişib və başqa bir hala düşüb. O, yağdan istifadə etməyə ehtiyatlanıb.

Qönçə Həsənova aldığı məhsuldan bir parça götürərək Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı regional bölməsinə təqdim edib. Nümunələr laborator müayinəyə göndərilib.

Yağı alan sakin üzləşdiyi vəziyyət ilə bağlı mağazaya da məlumat verib. Mağazadan ona məhsulun istehsalçısı deyil, satıcısı olduqlarını və bu səbəbdən sözügedən problemlə bağlı məsuliyyət daşımadıqlarını bildiriblər. Yağın qaralmasının səbəbi isə laboratoriyanın nəticələrindən sonra bəlli olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






466 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR