Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bayram ərəfəsi şəhid ailələri ziyarət edilir - VİDEO

18.03.2019 18:59

Bayram ərəfəsi bir qrup gənc Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrini yad ediblər. Onlar ailələrlə həmsöhbət olub, onlara bayram sovqatı aparıblar.

Xezerxeber.az-ın məlumatına görə, gənclər aprel döyüşlərində şəhid olmuş Cabbarxan Hacıağayevin

anası Ləyanə Hacıağayevanı ziyarət ediblər.

Ananın sözlərinə görə, oğlu sonuncu dəfə telefon danışığı zamanı tezliklə evlərinə qayıdacağını deyib. Hətta anasından ən sevdiyi yeməkləri hazırlamasını da xahiş edib. İstədiyi yeməklərin hamısı bişib, amma onun özünə yox, yas mərasiminə toplaşan qonaqlar üçün.

Ananın sözlərinə görə, hələ də övladının yoxluğuna alışa bilmir. Onun yeganə arzusu isə tezliklə torpaqlarımızın azad olunmasıdır.

Ləyanə Hacıağayevanı bir şəhid anası kimi qürurlandıran başqa bir məqam isə bayram günlərində unudulmamasıdır.

Bir qrup gənc bayram ərəfəsində şəhid ailələrinin qapılarını döyərək, onlara Novruz sovqatı verib, bayramlarını təbrik ediblər. Bu nəcib addımın təşəbbüskarı da elə şəhid övladıdır - aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






553 dəfə oxunub

ÇOX OXUNANLAR