Avtomobil qaçıran şəxs yaxalandı - VİDEO

18.03.2019 18:52

Bakıda qaçırdığı avtomobili başqa nömrə ilə idarə edən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Şəhər sakini Aygün Abbasova Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus "Mersedes" markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Ərazi üzrə 34-cü polis şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Vüqar Əkbərovu saxlayıb. Araşdırma zamanı müəyyən edilib ki, Vüqar Əkbərov özünə məxsus nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını çıxararaq oğurladığı avtomobilin üzərinə taxıb və idarə etməyə başlayıb.

İdarə əməkdaşları tərəfindən həmçinin rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq edən paytaxt sakini Elvin Vəliyev də saxlanılıb. Onun Xətai rayonunda əsasən evlərdən kombi aparatı oğurladığı məlum olub.

Ağsuda isə mağazalardan oğurluq edən şəxs tutulub. Rayon polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Alim Ərəstunzadəni şübhəli şəxs kimi saxlayıb. Məlum olub ki, O iki mağazadan 455 manat nağd pul, 15 manat dəyərində siqarət və aptekdən də 450 manat pul oğurlamaqla sahiblərinə maddi ziyan vurub. Qeyd edilən faktlarla bağlı müvafiq maddələrlə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






242 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR