Xəzər Xəbər

Kür çayı üzərindəki körpü istifadəyə verilib - VİDEO

Veb TV | 19:12 • 16 Mart 2019
Kür çayı üzərindəki körpü istifadəyə verilib -

2020-ci ilin sonuna kimi ölkədəki bütün yollar asfaltlanacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Ələt-Astara magistralının Salyandan keçən hissəsində, Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra istifadəyə verilməsi zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Açılış mərasimində çıxış edənlər bildiriblər ki, körpünün uzunluğu 335 metr, eni isə 11,5 metrdir. 26 il bundan öncə istifadəyə verilən körpü ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində zədələndiyindən 2014-cü ildə fövqəladə təmir işləri aparılsa da, körpünün əsaslı təmir edilməsinə ehtiyac yaranmışdı. Ötən il iyun ayının əvvəllərindən etibarən körpü əsaslı təmirə dayandırılıb.

Saleh Məmmədov deyib ki, ilin sonuna kimi Salyan-Şirvan yolu da istifadəyə veriləcək.

Saleh Məmmədovun sözlərinə görə, bu il ölkədə kənd və qəsəbələri birləşdirən 1000 kilometrə yaxın yeni yol tikiləcək.

Saleh Məmmədov qeyd edib ki, Samur çayı üzərində tikilən yeni körpü də ilin sonuna kimi istifadəyə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar