Toya gedən qardaşlar qəzada öldü, yaralılar var: ürəyi zəif olanlar baxmasın - DƏHŞƏTLİ VİDEO

15.03.2019 19:37

Sumqayıtda ağır yol qəzası baş verib. Qubaya toya gedən avtomobilin yük maşınına çırpılması nəticəsində 2 qardaş ölüb, 3 nəfər xəsarət alıb. Ağsuda isə yük maşını kanala aşıb, sürücü ölüb.

Toya gedən iki qardaş yol qəzasında dünyasını dəyişib.

Ağır yol nəqliyyat hadisəsi Bakı-Quba yolunda Sumqayıt ərazisində olub.

Qəzada ölən qardaşlar 21 yaşlı Mahir Zakiyev və 23 yaşlı Mikayıl Zəkiyev Avtomobili kirayə götürüblər.Onlar Qubaya toya gedərkən avtomobil Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi ərazisində yük maşınına arxadan çırpılıb.

Maşında olan digər 3 nəfər 24 yaşlı Zabit Cəfər, Cəbi Nəbiyev və 16 yaşlı Fərid Zəkiyev ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanaya yerləşdiriliblər.

Ağsuda da ölümlə nəticələnən avtomobil qəzası baş verib.Hadisə rayonun ərəbmehdibəy kəndində baş verib.Sürücü 52 yaşlı Kəlbəcər sakini Mübariz Məmmədov şirvan kanalı üzərində şaqman markalı yük maşını ilə idarəetməni itirib. Nəticədə yük maşını kanala aşıb və sürücü hadisə yerindəcə dünyasını dəyişib.Ətrafdakı insanların köməyi ilə onun cəsədini sudan çıxarıblar. Faktla bağlı araşdırma aparılır.


© xezerxeber.az


2372 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR