Novruz Məmmədov baş nazir kimi ilk hesabatını verdi - VİDEO

15.03.2019 19:32

Milli Məclisin növbəti plenar iclası keçirilib. Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edib. Hesabatda qeyd edilib ki, ötən il Azərbaycan üçün çox uğurlu olub. Daha sonra millət vəkilləri hesabata münasibət bildiriblər. Millət vəkilləri bir sıra maraqlı təkliflər də irəli sürüblər.

''2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük uğurlar və əlamətdar hadisələrlə zəngin olub. Makroiqtisadi sabitlik təmin edilib''. Bunu baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabaını təqdim edərkən deyib. Novruz Məmmədov qeyd edib ki, iqtisadi artım 1,4 faiz, qeyri-neft sektorunun inkişafı 1,8 faiz təşkil edib. Baş nazirin sözlərinə görə, əsas kapitala yönəldilmiş 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu qeyri-neft sektorunun payına düşür.

Hesabatın təqdimatından sonra müzakirələrə başlanıb. Çıxış edən millət vəkilləri sənədi yüksək qiymətləndiriblər. Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, həyata keçirilən islahatlar dövlət başçısının uğurlu siyasətinin tərkib hissəsidir. Millət vəkili bu nailiyyətlərə kölgə salmaq istəyən daxili və beynəlxalq qüvvələri sərt tənqid edib.

Siyavuş Novruzov əlil tələbələrin təhsil haqqından azad edilməsini də təklif edib

Millət vəkili Elmira Axundova isə Bakı ətrafı və digər ərazilərdə yerləşən sənədsiz evlərə diqqət çəkib. Deputat evlərə mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin vacibliyindən danışıb.

İclas zamanı müxtəlif təkiflər səsləndirilib. Onlardan biri həyatda olan milli qəhrəmanların evlə təmin edilməsi olub.

© xezerxeber.az


294 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR