Azərbaycan və İran birgə avtobus istehsal edəcək - VİDEO

15.03.2019 19:23

Neftçalada fəaliyyət göstərən avtomobil zavodunda ehtiyat hissələrinin istehsalı ilə bağlı Azərbaycan və İran arasında razılıq əldə olunub.Bunu Azərbaycan-İran Hökumətlərarası Komissiyanın 13-cü iclasında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Nazirin sözlərinə görə, Azərbaycan və İran əlaqələri yüksək səviyyədədir. İki ölkə arasında ticarət dövriyyəsi keçən il 74% artıb.

Nazir bildirib ki, azərbaycandakı əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artmaqdadır.Hazırda ölkədə fəaliyyət göstərən İran şirkətlərinin sayı 1 000-dən çoxdur. Ötən dövrdə İran investorları tərəfindən Azərbaycana 3,4 mlrd. dollardan artıq sərmayə yatırılıb. Azərbaycan iş adamları da İranın iqtisadiyyatına investisiyalar yatırır. Bütün bu işlərin fonunda Azərbaycan və İran sərhəd-keçid məntəqələrindəki problemlər də aradan qaldırır.

Sərhəd-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi ilə bağlı da razılıq da əldə edilib. Nazir Azərbaycan ilə İran arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. Bu məqsədlə, Azərbaycanda qurudulmuş meyvə və tərəvəz məhsullarının istehsalı üçün İran texnologiyalarının tətbiqi təklif edilib. Şahin Mustafayev həmçinin Ermənistandakı sənaye müəssisələri tərəfindən Araz çayının çirkləndirilməsinin qarşısının alınması istiqamətində Azərbaycan və İran tərəfindən birgə tədbirlərin görülməsinin vacib olduğunu deyib.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR