Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Prezident bir sıra görüşlər keçirib - VİDEO

15.03.2019 19:13

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşüb. Dövlət başçısı həmin təşkilatlarla Azərbaycan arasında əlaqələrdən danışıb. Söhbət zamanı forumun dünya miqyasındakı önəmi vurğulanıb.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib. Qonaq Bakıda keçirilən VII Qlobal Forumun əhəmiyyətinə toxunaraq, həmin tədbirdə çıxış etdiyini məmnunluqla qeyd edib və eyni zamanda, bu tədbirin beynəlxalq əməkdaşlıq sahəsində özünəməxsus yer tutduğunu deyib. Prezident İlham Əliyev isə VII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, bu Forumun fəaliyyətinin genişlənməsinin və mühüm beynəlxalq tədbirə çevrilməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyev ABŞ-ın Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru, BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşaviri Cefri Saksı qəbul edib. Qonaq VII Qlobal Bakı Forumunun təşkilinə görə minnətdarlığını ifadə edib və Forumda məmnunluqla iştirak etdiyini vurğulayıb. Prezident İlham Əliyev isə Forumda təmsil olunan ölkələrin və iştirakçıların sayının artdığını və bu Forumun mühüm beynəlxalq tədbirə çevrildiyini vurğulayıb. Görüşdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı qlobal layihələr, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, enerji siyasəti barədə danışılıb.

Prezident İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib. İSESCO-nun baş direktoru VII Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini deyib. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan uğurla inkişaf edir, çiçəklənir və ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri gündən-günə möhkəmlənir. ISESCO ilə əməkdaşlığa toxunan Prezident İlham Əliyev isə bildirib ki, bu təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi Azərbaycan dövləti və xalqı tərəfindən yüksək dəyərləndirilir. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR