Prezident əlil gənci Türkiyəyə müalicəyə göndərdi – Nənəsi xahiş etmişdi - VİDEO

15.03.2019 19:17

Xatırlayırsınızsa, prezident İlham ƏliyevinAğsuya səfəri zamanı yaşlı bir sakin dövlət başçısına nəvəsinin gözlərində problem olduğunu və təcili əməliyyat edilməli olduğunu bildirmişdi. Prezident də bu problemi həll edəcəyini üzərinə götürmüş və zərurət olarsa, xəstənin xarici ölkələrə göndərilə biləcəyini bildirmişdi. Artıq həmin gənc əməliyyat üçün Türkiyəyə göndərilib.

Prezidentə müraciət edən Ağsu sakininin nəvəsi əməliyyat olunmaq üçün İstanbula göndərilib.

Yaşlı sakinin bu müraciətindən sonra Prezident İlham Əliyevin göstərişi ilə Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Murad Zamanov gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə yola salınıb. Murad Zamanovun nənəsi Həcər Zamanova deyir ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı nəvəsinin gözlərinin əməliyyat edilməli olduğunu bildirib.

Dövlət başçısının göstərişindən sonra Murad Zamanov bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə yola salınıb.

Zəlzələdən sonra Həcər Zamanovanın evi də dağılmışdı. Hazırda onun evinin yenidən tikintisi aparılır.

Həcər Zamanova deyir ki, həm nəvəsinin əməliyyat üçün Türkiyəyə göndərilməsi, həm də evinin yenidən tikilməsi ona Prezidentin ən böyük hədiyyələridir.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR