Sabunçu stansiyası bu tarixdə açılacaq - Mərkəzə 12 dəqiqəlik yol - VİDEO

15.03.2019 18:51

Bu il mayın 10-da Bakının Sabunçu qəsəbəsində yenidən qurulan dəmir yolu stansiyası istifadəyə veriləcək. Bunu Azərbaycan Dəmir Yolları" qapalı səhmdar cəmiyyətininSədri Cavid Qurbanov deyib. Bildirib ki, stansiyanın istifadəyə verilməsi sərnişinlərin mənzil başına çatmasını sürətləndirəcək.

Cavid Qurbanov onu da bildirib ki,Bakı-Astara dəmir yolu xəttinin bir hissəsinin yeri dəyişdiriləcək..Azərbaycan hökuməti Yalamadan Astaraya qədər dəmir yolu xəttinin yenidən qurulmasına maliyyə dəstəyi almaq üçün Dünya Bankına müraciət edib.

Cavid Qurbanov həmçinin Azərbaycanda dəmir yolunun mühafizə zolaqlarında vətəndaşlara məxsus qeyri-qanuni tikililərlə bağlı məsələyə də aydınlıq gətirib.

Sədr bu il İranla birlikdə həyata keçirilən yük daşımalarında 2 dəfə artım olacağını bildirib. Cavid Qurbanovun sözlərinə görə, 2019-cu ildə azı 600 min ton yük daşınacaq.

© xezerxeber.az


356 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR