Metroda yenilik - Əlil sərnişinlərə şad xəbər - VİDEO

14.03.2019 20:21

Xüsusi insanlar onları qarşılayırlar. Daha sonra isə arabalara mindirilib plaftformalara aparılırlar.

Görüntülər Bakı metropolitenindəndir. Fiziki məhdudiyyətli şəxslər üçün metroda yeni bir xidmət istifadəyə verilib. Onlar öncə metrodan istifadə edəcəklərinə dair sifariş verirlər. Daha sonra sifarişlərinə uyğun olaraq onlara təhkim olunan könüllülər onları qarşılayıb metro daxilində hərəkətlərini təmin edirlər.

Artıq bir necə aydır könüllü kimi çalışan Emil Verdiyev işinin asan tərəfləri ilə yanaşı, bəzi çətinliklərinin də olduğunu bildirir. Amma bununla belə, o, köməyə ehtiyacı olanlara yardım etməkdən qürur duyduğunu deyir.

Metroda könüllülərin yardımından faydalanmaq üçün sifarişi "bakumetro" mobil aplikasiyasından və ya metropolitenin rəsmi saytından istifadə etməklə vermək mümkündür. Xidmət isə tamamilə pulsuzdur.

Layihə bənövşəyi xətdən başqa, bütün metrostansiyaları əhatə edir. Sadəcə olaraq 07:30-dan 9:00-dək və 17:00-dan 19:00-dək, yəni sərnişinlərin sıx olduğu vaxtlarda əlil sərnişinlərin təhlükəsizlikləri nəzərə alınaraq, bu xidmətdən istifadə etmək mümkün olmayacaq.

© xezerxeber.az


288 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR