Əlillərin reabilitasiyası üçün qurğu hazırladı - VİDEO

14.03.2019 20:07

Əlillərin reabilitasiyası üçün qurğu hazırladı.

Cəbrayıldan məcburi köçkün olan və Bakıda yaşayan 39 yaşlı Elman Əhmədov 6 il əvvəl işlədiyi yerdə yıxılıb. Hadisə zamanı onun boyun fəqərəsi sınıb və o vaxtdan hərəkət edə bilmir. 1-ci qrup əlil olan Elman 2 il reabilitasiya alıb və bu prosedurları daha çox edə bilmək üçün bu qurğunu hazırlamaq qərarına gəlib.

Qurğunun hazırlanmasında Elmana bibisi oğlu kömək edib. Elman Əhmədov dəzgahın yığlma qaydasını başa salıb, qohumu da ona uyğun yığıb.

Cihaz müxtəlif texnikaların ehtiyat hissələrindən hazırlanıb. Həmin detalları da dostları və qohumları taparaq Elmana veriblər.

Elman Əhmədov deyir ki, qurğunu istifadə etdiyi bir neçə il ərzində hərəkətlərində xeyli irəliləyiş olub. Əvvəl yataq vəziyyətində olsa da, indi müxtəlif vasitələrin köməyi ilə ayağa qalxa, əllərini hərəkət etdirə bilir. O, qurğunu daha da təkmilləşdirmək niyyətindədir.

© xezerxeber.az


389 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR