Ağcabədidə “ağ ölüm“ yayanlar saxlanılıb - VİDEO

14.03.2019 19:46

Aparılan axtarış əməlyyat tədbirləri nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb

 
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
 
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Vahid Əhmədovun üzərindən 2 bükümdə ümumi çəkisi 6.207 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla V. Əhmədovun yaşadığı ünvana baxış keçirilən zaman orada da 225 qram heroin aşkar edilib .

Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elşən Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən 0.600 qram heroin, yaşadığı evə baxış keçirilən zaman 5.059 qram heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

24.03.2019 09:56

Bakıda maşın yanıb

ÇOX OXUNANLAR