Bakıda VII Qlobal Forum keçirilir - VİDEO

14.03.2019 19:42

VII Qlobal Bakı Forumunda bir-birindən fərqli mövzuların müzakirə edildiyi panellər keçirilib."Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu " mövzusundakı paneldə çıxış edənlər Bakı forumunun əhəmiyyətini vurğulayaraq, tədbir çərçivəsində səmərəli müzakirələrin aparıldığını qeyd ediblər.

Qeyd edilib ki,Çin,ABŞ, Rusiya və Avropa İttifaqı kimi ölkələr demokratiyanın inkişafı üçün addımlar atsalar da, bununla kifayətlənmək olmaz. Bildirilib ki, dünyada sülhün bərqərar edilməsində Azərbaycanın rolu danılmazdır.

Forum çərçivəsində daha bir panel "Dayanıqlı inkisaf üçün çağırışlar" mövzusuna həsr edilib.Panelin moderatoru Kolumbiya Universitetinin professoru Cefri Saks qeyd edib ki, dünya iqtisadiyyati hazirda dayanıqlı inkişafi təmin etmir

BMT baş katibinin köməkçisi Mirjana Spoljaric Egger dünyanin daha çox bərpa olunan enerji mənbələrinə üstünlük verməsini vacib sayıb. O vurğulayıb ki, yoxsul insanlarin əksəriyyəti yaxın şərq ölkələrində yaşayır.

Sloveniyanın sabiq prezidenti Danilo türk nəzərə çatdırıb ki, hazirda dünyada 2 milyard insan təmiz su əldə etməyə çətinlik çəkir və yaxın gələcəkdə bu göstərici 4 milyard nəfərə çata bilər.O,su probleminin həll edilməsində regional əməkdaşlığı vacib sayıb.

Daha sonra ''Bu, qloballaşmanın sonudurmu'' adlı panel keçirilib. Paneldə qloballaşan dünyada mövcud problemlər və onların həlli yolları müzakirə edilib

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR