Prezidentdən Ermənistana Qarabağ XƏBƏRDARLIĞI: Ermənistan cəhd edir ki... - VİDEO

14.03.2019 19:34

''Ermənistan hökumətinin danışıqlar formatını dəyişdirməyə cəhd etməsi qəbuledilməzdir''. Bunu prezident Ilham ƏliyevVII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. 55 ölkədən 500 dən çox nümayəndənin və müxtəlif ölkələrin prezidentlərinin iştirak etdiyi forumda, ölkə başçısı Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib və ölkəmizin qazandığı uğurlardan danışıb.

5 ölkənin hazırda fəaliyyətdə olan prezidenti, 1 baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət başçısı olmaqla 55 ölkədən 500 dən çox nümayəndənin iştirak etdiyi VII Qlobal Bakı Forumunda çıxış edən prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı məlumat verib. O, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb və bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini bildirib.

Ölkə başçısı multikulturalizmin dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olduğunuvə bunun Azərbaycanda ənənələrinin olduğunu qeyd etdi.

Dövlət başçısı Azərbaycanın proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn xarici siyasəti olduğunu bildirdi.

Daha sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Dukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov çıxış edərək forumun əhəmiyyətindən danışıb , İtaliya Prezidenti Sercio Mattarellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin forum iştirakçılarına müraciəti oxunub.

Sonda əfqanıstanın Prezidenti Məhəmməd Əşrəf Qaniyə və Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennediyə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olundu.

© xezerxeber.az


796 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR