Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

TƏKLİF: Azərbaycanda kitablardan ƏDV götürülsün - VİDEO

12.02.2019 19:10

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Millət vəkilləri ölkədə kitab satışının əlavə dəyər vergisindən azad edilməsi, eyni zamanda suni qiymət artımı ilə mübarizənin gücləndirilməsini təklif ediblər. İclasda bələdiyyələrin fəaliyyəti də tənqid edilib.

''Azərbaycanda kitab və mətbəə məhsulları üzərindən əlavə dəyər vergisi tamamilə ortadan qaldırılmalıdır''. Belə bir təkliflə millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib. O, qonşu ölkələrlə müqayisə apararaq ölkəmizdə kitab üçün alınan ƏDV-nin yüksək olduğunu bildirib. Millət vəkili bu amilin kitab oxumaq vərdişinə də təsir etdiyini bildirib.

İclasda çıxış edən millət vəkili Əli Məsimli isə minumum əmək haqqının 130 manatdan 180 manata çatdırılmasının böyük müsbət addım olduğunu bildirərək ,bəzi monopolistlərin bundan istifadə edərək qiymətləri suni şəkildə artırdığını bildirib.O, bu artımların qarşısının alınmasının vacib olduğunu bildirib.

Parlamentdə bələdiyyələrlə bağlı illik məruzədə qəbul edilib və bəzi millət vəkillər bu qurumun fəaliyyətini tənqid ediblər.

Ümumilikdə plenar iclasda 32 məsələyə baxılıb və qəbul edilib.

© xezerxeber.az


273 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR