Sərnişinlər səyyar pilləkəndən yıxıldı - VİDEO

12.02.2019 16:51

İnsident yerli vaxtla 07:30 radələrində baş verib.

Rusiyanın Barnaul şəhərinin Titov adına beynəlxalq hava limanında sərnişinlər Barnaul-Moskva reysi ilə uçan təyyarəyə qalxan zaman bir neçə nəfər səyyar pilləkəndən yıxılıb.

Bu barədə Qərbi-Sibir nəqliyyat prokruroluğunun saytında məlumat yayılıb.

İnsident yerli vaxtla 07:30 radələrində (Bakı vaxtı ilə 04:30-da) baş verib.

Qurumun məlumatına görə, pilləkənin yuxarı hissəsinin qırılması nəticəsində Ural hava yolları şirkətinə aid təyyarənin göyərtəsində qalmağa çalışan beş nəfər yerə yıxalaraq müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan dördü xəstəxanaya yerləşdirilib.

AzNews.az

© xezerxeber.az


257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR