Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirilib - VİDEO

12.02.2019 11:42

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işində şəxsi heyətlə iş üzrə zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, ixtisas hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə keçirilən toplantıda əsas diqqət hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsinə yönəlib.
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin toplantıda iştirak edən nümayəndələri müxtəlif mövzularda çıxışlar ediblər.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən toplantıda ictimai-siyasi hazırlıq üzrə məşğələlər keçirilib, hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib və ixtisas hazırlığından məqbullar götürülüb.
Zabitlərin ixtisas hazırlığı və idarəetmə bacarıqları komandanlıq tərəfindən yüksək qiymətləndirilib.


© xezerxeber.az

FOTOQALERIYA






312 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR