Qəbul imtahanlarının VAXTI AÇIQLANDI - VİDEO

11.02.2019 19:58

Ali məktəblərə qəbul imtahanlarının tarixi məlum oldu.

Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadənin verdiyi məlumata görə ali təhsil müəssisələrinin 2-3 ixtisas qrupları üzrə birincıqəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.Həmin qruplar üzrə imtahanların ikinci mərhələsi iyun -iyul aylarında baş tutacaq.

Bakı və bölgələr üzrə 9 -cusiniflərin buraxılış imtahanlarının birincimərhələsi 3,10 və 17 mart, ikinci mərhələsi isə 2,9,16 iyun tarixlərində keçiriləcək.Əvvəlki illərin məzunları üçün ümumi orta təhsil bazasında kolleclərə qəbul imtahanınınbirinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq

Xanlar Xanlarzadənin sözlərinə görə 11-ci siniflər üçün buraxılış imtahanları isə aprel ayında keçiriləcək.

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 15-dən aprelin 15-dək elekrton qaydada aparılacaq.

© xezerxeber.az


416 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR