Nəvə nənəsinin evindən oğurluq etdi - VİDEO

11.02.2019 18:36

Dostu ilə birləşib nənəsinin evindən pul oğurlayıb. Polisin araşdırması zamanı məlum olub ki, Tovuzda yaşayan dostlar Mingəçevirə gələrək qadının 85 manat pulunu oğurlayıblar. Nəvə hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.Abşeronda isə mağazanı yarmaq istəyən 2 gənc elə iş başında yaxalanıb.

85 manata görə,dostu ilə birləşib nənəsinin evini qarət edib.

Hadisə Mingəçevirdə baş verib. Şəhər sakini Züleyxa Bağırova yaşadığı mənzildən oğurluq olması barədə polisə müraciət edib. Keçirlən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən iki nəfər saxlanılıb. Müəyyən edilib ki,qarətdə iştirak edənlərdən biri yaşlı qadınınöznəvəsidir.

Tovuzda yaşayan Tural İskəndərov dostu Xasay Mustafayevə Mingəçevirdəki nənəsinin evinə oğurluğa getməyi təklif edib.Dostlar yaşlı qadının mənzilinə girərək oradan85 manat pulgötürüblər. Əməlindən peşman olan nəvə, hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AbşerondaisəMağazanın qıfılını qıraraq oradan oğurluq etmək istəyən iki gənc elə iş başında ələ keçib. Hadisə Novxanı qəsəbəsində qeydə alınıb.Oğurluq etmək istəyən iki dost Nicat Vəliyev və Məhəmməd Gülverdizadə saxlanılıb.

Araşdırma zamanı Nicat Vəliyevin Abşeronda bir çox mağazadan oğurluq edərək, vətəndaşlara ziyan vurduğu məlum olub.

Faktla bağlı Polis İdarəsindəaraşdırmalar davam etdirilir.

© xezerxeber.az


247 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR