Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Meymunların zooparkdan qaçış planı kameraya yaxalandı - VİDEO

11.02.2019 17:41

Bizə zooparkda heyvanları izləmək çox xoşdur. Amma onlar həmişə heyvanxanadan qaçmaq haqqında düşünürlər. Son vaxtlar buna bənzər xəbərlər çox eşidirik.

Bizimyol.info "Daily Mail”-ə istinadən xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfast zooparkında şimpanze qəfəsdən qaçıb. Qəfəs deyəndə söhbət heyvanlar üçün volyer adlanan ayrıca ərazidən gedir. Orada barmaqlıqlar olmur, amma eyni zamanda heyvanların kənara çıxması imkansız görünür. Buna baxmayaraq, şimpanze imkansızı həyata keçirib. Ağac budağı tapan heyvan bundan istifadə edərək, hasarı aşıb. Bunu zooparka gələn adamlardan biri videoya da çəkib.

Şimpanze çox uzağa gedə bilməyib. Zoopark əməkdaşlarından biri onu tutub geri qaytarıb.

2001-ci ildə Budapeşt zooparkından iki şimpanze qaçmağı bacarmışdı. Onda heyvanlardan biri çoxmənzilli binaya soxulmuşdu. Digər şimpanze isə pivə içib sərxoş olmuşdu.

Paylaş:

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR