İstanbulun mərkəzində vəhşilik - VİDEO

11.02.2019 15:32

İstanbulun mərkəzində qəribə vəhşilik yaşanıb.

 BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə cümə günü baş verib.

Sercan T. adlı şəxs avtomobilini parkinqdən çıxararkən tanımadığı altı kişi naməlum səbəbdən yolunu kəsiblər. Onlar Sercanı zorla avtomobildən endirib, döyməyə başlayıblar.

İki uşaq atası olan 30 yaşlı Sercan T. müqavimət göstərməyə çalışsa da, altı nəfərlə bacara bilməyib. Quldurlar döyərək onun telefonunu, pulqabısını və avtomobilini əlindən alıblar.

Hadisə yerinə gələn təcili yardım yaralı Sercanı xəstəxanaya yerləşdiriblər.

O, xəstəxanada polislərə verdiyi ifadəsində bunları deyib: "Nə olduğunu anlamadım. Bir anda yolumu kəsib, məni döyməyə başladılar. Üstümdəki telefonumu, pulqabımı, hətta maşınımı belə apardılar".

Zərərçəkənin atası quldurların tapılması üçün polisə şikayət edib. Həmin şəxslərin artıq saxlanıldığı bildirilir.

Sözügedən dəhşətli hadisə şahidlərdən birinin telefonu ilə çəkilib. Həmin görüntüləri təqdim edirik:


© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR