Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Üç kəndi mərkəzlə birləşdirən körpü qəzalı vəziyyətdədir - Sabirabadda - VİDEO

11.01.2019 19:41

Sabirabad rayonu Suqovuşan kəndi ərazisində yerləşən körpü rayon mərkəzi ilə Suqovuşan, Qəfərli və Əsədli kəndlərini birləşdirir. Lakin bir müddətdir ki, körpü qəzalı vəziyyətə düşdüyü üçün kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişlərində problem yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyir ki, körpü 1948-ci ildə salınıb və o vaxtdan bəri əsaslı şəkildə təmir olunmayıb. Sadəcə kiçik müdaxilələrlə körpüdə cari təmir işləri aparılıb.

Məsələ ilə bağlı 35 saylı Sabirabad Yol İdarəsindən bildirildi ki, Suqovuşan kəndindəki körpü idarənin balansında deyil. Qəzalı vəziyyətdə olan körpü vaxtilə ərazidə meliorasiya işləri aparılan zaman salınıb. O vaxtdan bəri də müəyyən vaxtlarda təmir işləri aparılaraq istifadəyə yararlı vəziyyətdə saxlanılıb. Buna baxmayaraq, vətəndaşların müraciəti əsasında körpünün şəkli çəkilərək aidiyyəti üzrə göndərilib.

Sabirabad Rayon İcra Hakimiyyətindən isə qəzalı körpü ilə bağlı problemin yaxın günlərdə aradan qaldırılacağı bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






478 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR