İDEA İctimai Birliyindən yeni layihə - Ehtiyacı olanlara geyim əşyaları veriləcək - VİDEO

11.01.2019 19:32

Bakıda yeni bir sosial layihəyə start verilib. İstifadəsiz geyim əşyaları ehtiyacı olanlara çatdırılır.

Xezerxeber.az-ın məlumatına görə, İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi paltarlara ikinci ömür verməklə həm ehtiyacı olan insanlara yardım etmək, həm də təbiətə vurulan zərəri azaltmaqdır.

İlkin olaraq paytaxtın 5 ərazisində qutular quraşdırılıb. Artıq ehtiyacı olan insanların siyahısı da müəyyənləşdirilib. Xeyriyyə təşkilatları tərəfindən toplanan bu əşyalar aidiyyatı üzrə ehtiyac sahiblərinə çatdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






472 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR