Bakıda bir gündə 3500-dən çox sürücü cərimələndi - VİDEO

10.01.2019 20:17

İnsan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vaisətəsilə paytaxtın mərkəzi küçələrində qanunsuz parklanmaya nəzarət edilir.

Xezerxeber.az-ın məlumatına görə, qaydaları pozan sürücülər barəsində dərhal elektron sistemlə protokol tərtib olunur.

Bakı Nəqliyyat Agentlıyının mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, artıq paytaxtın Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Qara Qarayev, Hüseyn Cavid prospektlərində, həmçinin Abbas Mirzə Şərifzadə, Ağa Nemətulla, Bəxtiyar Vahabzadə, Koroğlu Rəhimov, Rəşid Behbudov, Səməd Vurğun, 28 May və Şıxəli Qurbanov küçələrində nəzarət sisteminin kameralarının tətbiqinə başlanılıb. Növbəti mərhələdə isə sıxlığın daha müşahidə edildiyi yollarda, o cümlədən xaotik vəziyyətin hökm sürdüyü 20 Yanvar dairəsində nəzarət sisteminin tətbiqinə başlanılacaq.

İntellektual nəzarət sisteminin kameraları vasitəsi ilə həmçinin dayanacaqdan kənar sərnişin düşürüb-mindirən avtobus sürücüləri barəsində də protokol tərtib ediləcək.

Sürücülər də nəzarətin gücləndirilməsinin onlar üçün faydalı olacağını bildirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






844 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR