İnternet tənha insanların sayını artırır və boşanmaları sürətləndirir - VİDEO

10.01.2019 20:42

İnternet Azərbaycanda tənha insanların sayını artırır və boşanmaları sürətləndirir.

Xezerxeber.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu problemin getdikcə dərinləşməsindən narahatdır.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, əvvəllər məişət zorakılığı halları boşanmaya nadir hallarda səbəb olurdu. Müasir cəmiyyətdə gedən qloballaşma prosesi isə vəziyyətə ciddi təsir göstərib.

Komitə rəsmisinin sözlərinə görə, problemin qarşısını almaq üçün ciddi tədbirlərə ehtiyac var. İnternet resursların müsbət tərəflərindən bəhrələnmək, sosial şəbəkələrdə maarifləndirmə işlərini gücləndirmək və faydalı portalların sayını artırmaq lazımdır.

Qeyd edək ki, internet səbəbindən boşanmaların çoxalması halları təkcə Azərbaycanda deyil, bütün ölkələrdə müşahidə olunur. BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






426 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR