Qubada yol qəzasında ölənlərin kimliyi müəyyənləşib - VİDEO

10.01.2019 14:59

Qubada ağır yol qəzasında ölənlərin kimliyi müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, hadisə nəticəsində Quba rayonunun Barlı kənd sakini, 2002-ci il təvəllüdlü Abbasov Zakir Eldəniz oğlu, Xaçmaz rayonunun Arzu qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Qasımov Coşqun Kamil oğlu və Xaçmaz rayonunun Padar kənd sakini, 1986-cı il təvəllüdlü Tanrıverdiyev Nahid Teymur oğlu həlak olublar.

Xatırladaq ki, yanvarın 10-u səhər saatlarında Quba-Xaçmaz yolunda ağır yol qəzası baş verib. Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində "Ford” markalı yük avtomobili "VAZ 21010” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər hadisə yerində ölüb. Bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.


© xezerxeber.az

FOTOQALERIYA






287 dəfə oxunub

XƏBƏRLƏR

15.06.2019 18:17

Goranboyda kombayn yanıb

ÇOX OXUNANLAR