Xəzər Xəbər

Sayğac dəyişdirildi, abonentə 160 manat borc gəldi? - RƏSMİ AÇIQLAMA - VİDEO

Veb TV | 20:37 • 5 Yanvar 2019
Sayğac dəyişdirildi, abonentə 160 manat borc gəldi? -

Sayğac dəyişdirildikdən sonra abonentə 160 manat borc gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Goranboyun Nizami kəndində yaşayan Şahbaz Quliyev ötən ilin noyabrında elektrik sayğacının dəyişdirilməsi üçün müvafiq quruma müraciət edib. Abonent iddia edir ki, işlətmədiyi halda ona 160 manat enerji borcu yazılıb.

Sayğac dəyişdirilən zaman onun videogörüntüsünü çəkən kənd sakini yeni sayğacın elektrik olmadan işlədiyini və 1 gün ərzində 160 manat yazdığını iddia edir.

Şahbaz Quliyev məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət edib. Sakinə bildirilib ki, borc sayğacın nasazlığı ucbatından yaranmayıb və ödənmədiyi təqdirdə onun evinə enerji verilişi dayandırılacaq. Məsələ ilə bağlı Goranboy Elekrik Şəbəkəsindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin sayğac yoxlanılması üçün Mingəçevir şəhərindəki laboratoriyaya göndərilib. Labarotoriyanın nəticəsinə əsasən isə sayğacda heç bir problem aşkarlanmayıb və keçən yükü normal qeyd etdiyi müəyyənləşib.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən də bildirildi ki, görüntülər əsasında araşdırma aparılıb və xəttə qoşulmadığı halda onun enerji sərf etdiyi ortaya çıxmayıb. Üzərindəki işığın xətdən ayrı halda yanıb sönməsi isə normal haldır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar