Evlərdəki çatlar genişlənib, əlavə iri çatlar əmələ gəlib.
Son günlər yağan yağışlar səbəbindən Şamaxının Quşçu kəndindəki sürüşmə sahələri yenidən aktivləşib. Yağıntılardan sonra torpaq axını xeyli artıb. Nəticədə də 15-ə yaxın evin divarında müxtəlif ölçülü çatlar əmələ gəlib.
Sürüşmə zamanı kənd sakinlərinə məxsus həyətyanı sahələrin hasarları, meyvə ağacları və əkin sahələri də yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, yağışlardan sonra aktivləşən torpaq kütləsi kəndin yollarını da yarasız hala salıb.
Aktivliyin davam edəcəyi gözlənilir.