Qəbiristanlıqların idarə olunması qaydaları dəyişdi - VİDEO

07.12.2018 20:45

Bundan sonra həm qəbir yerləri pulsuz olacaq, həm də dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılacaq.

Xezerxeber.az-ın məlumatına görə, artıq Nazirlər Kabineti ''Qəbiristanlıqların salınması və idarə olunması qaydalarını'' təsdiq edib.

Qaydaya görə, qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulub. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi isə 1,4 metr müəyyənləşdirilib. Lakin ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsü də dəyişdirilə bilər.

Qaydalarda qəbirüstü tikililərə dair tələblər də müəyyənləşib. Başdaşı qoyulduğu halda hündürlüyü 1 metr və 0,6 metrdən artıq olmamaqla, eni isə 0,6 metrdən artıq olmamaqla quraşdırılmalıdır. Sinədaşı qoyulduqda isə hündürlüyü torpaqdan 0,2 metr, uzunluğu da 1,2 metrə qədər olmalıdır. Bununla yanaşı, qəbirüstü tikililərin quraşdırılması zamanı cərgə və sıralanmaya əməl olunmalıdır. Qəbirlərin ətrafının hasara alınması isə qadağan olunub.

Qaydalarda dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının qorunması məsələləri də öz əksini tapıb.

Qəbiristanlıqlarda ticarətlə və dilənçiliklə məşğul olmağa, eləcə də kimsəsizlərin gecələməsinə icazə verilməyəcək. Qaydalarda əksini tapan ən əsas məsələ isə heç bir vətəndaşın əvvəlcədən qəbir yerlərini rezervasiya edə bilməməsi ilə bağlıdır.

Qaydalarda yerli icra hakimiyyəti orqanlarının qəbiristanlıqların müvafiq bələdiyyələrə verilməsini təmin etmələri də bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR