Ermənistan yeni inqilab astanasındadır - vəziyyət sürətlə gərginləşir - VİDEO

07.12.2018 20:36

Ermənistanda ictimai-siyasi vəziyyət sürətlə gərginləşir.

Xezerxeber.az-ın məlumatına görə, dekabrın 9-da keçiriləcək erkən parlament seçkilərində "Mənim addımım" blokunun rəhbəri, baş nazir vəzifəsini icra edən Nikol Paşinyana qarşı çıxan qüvvələr indi daha sərt şəkildə onu müxtəlif məsələlərdə ittiham edərək, bu şəxsin ölkəni uçuruma doğru yuvarladığını bildirirlər.

Respublikaçılar Partiyasının sədri Serj Sarkisyanın birinci müavini, sabiq müdafiə naziri Vigen Sarkisyan Nikol Paşinyanı ölkəni məhv etməkdə ittiham edib. O, növbədənkənar parlament seçkiləri üçün təşviqat kampaniyasında Paşinyanın əvvəlki hökumətə qarşı təhqirlərini, həmçinin Ermənistan cəmiyyətini "ağlara" və "qaralara" ayırmasını, bununla da seçki prosesini ləyəqətsiz şəkildə alçatmasınının yolverilməz olduğunu bildirib. Bundan əlavə, Nikol Paşinyan Dağlıq Qarabağla bağlı yürütdüyü siyasətə görə də sərt tənqid edilib.

Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyir ki, Ermənistandakı vəziyyət artıq idarəolunmaz bir formaya keçib. Millət vəkilinin sözlərinə görə, erməni mediasında vurğulanır ki, Nikol Paşinyan bütün komandasıyla birgə cəmiyyəti birləşdirməyi bacarmır. Nikol Paşinyan cəmiyyətə yeni proqramlar əvəzinə keçmiş sistemin təmsilçilərilə bağlı kriminal mənzərə təqdim etməklə xalqı aldatdığını düşünür.

Elman Nəsirov qeyd edir ki, Nikol Paşinyan iki cəbhəyə qarşı mübarizə aparır. O, Respublikaçılar Partiyası ilə yanaşı qondarma Dağlıq Qarabağ klanının "rəhbəri" Bako Saakyanı da səhnədən uzaqlaşdırmaq istəyir.

Görünən odur ki, Ermənistan yeni inqilab astanasındadır. Gündən-günə gərginləşən ictimai-siyasi vəziyyət, ölkədaxili siyasi qüvvələr arasında baş verən çəkişmələr Ermənistanı yeni bir inqilaba doğru aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR