Erkən nikah problemi hələ də qalmaqdadır - VİDEO

07.12.2018 20:35

Azərbaycanda erkən nikah problemi hələ də qalmaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, ötən il ərzində 18 yaşadək olan analar tərəfindən 2421 uşaq doğulub. Bu rəqəm 2014 cü ilin statistikasına nisbətən az olsa da, 1990 cı illərin sonu, 2000 ci illərin əvəllərinin rəqəmləri ilə demək olar ki, eynidir. 1995-ci ildə ölkədə 2 198, 2000-ci ildə 1 864, 2001-ci ildə 1 774, 2002-ci ildə 1 903, 2003-cü ildə 1 962, 2004-cü ildə 2 276 uşaq yaşı 18-dək olan analar tərəfindən dünyaya gətirilib. İllər üzrə rəqəmlərə diqqət etdikdə, erkən nikahların sayının azalmasının əksinə, rəqəmin artdığını görmək mümkündür.

Sosioloqlar bunun bir neçə səbəbdən qaynaqlandığını bildirirlər.

Sosioloq Cavid İmamoğlu bildirir ki, erkən nikah sağlam cəmiyyətin formalaşmasına ciddi zərbə vurur. Son illər artan boşanmaların əsas səbəblərindən biri də məhz bu amillə bağlıdır.

Vətəndaşların da erkən nikahlara münasibəti birmənalı deyil.

Rəsmi məlumatlara əsasən yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR