Məktəbliləri daşıyan mikroavtobus qəzaya düşdü - TƏFƏRRÜAT - VİDEO

07.12.2018 20:30

Məktəbliləri daşıyan mikroavtobusun aşması zamanı bir neçə şagird ağır xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi səhər saatlarında Abşeron rayonu, Qobu qəsəbəsində baş verib. Məlumata görə, mikroavtobus valideynlərin təşəbbüsü ilə Qobudan Sulutəpə qəsəbəsində yerləşən 217 nömrəli tam orta məktəbə şagirdlərinin aparılıb-gətirilməsi üçün sifariş olunub. Çiskinli havada sürəti düzgün seçməyən sürücü qəfildən idaretməni itirib. Nəticədə mikroavtobus yoldan çıxaraq yaşayış evinin hasarına çırpılaraq aşıb.

Qəza zamanı avtobusda 10 şagird və bir neçə valideyn olub. Xəsarət alanlar ətrafdakıların köməyi ilə mikroavtobusdan çıxarılıb. 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Bir şagirdə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər xəsarət alanların isə müalicəsi davam edir. Həkimin sözlərinə görə, həmin xəstələr ağır kəllə-beyin travması alıblar.

Hadisə yerinə yol polisi də gəlib. Faktla bağlı araşdırmalar aparılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, idarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

Kürdəmirdə isə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Kürdəmir rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü Əli Qaybalıyev idarə etdiyi minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən yol kənarında hərəkətsiz dayanmış yük avtomobilinə çırpılıb. Qəza nəticədə zərbənin gücündən minik maşının sürücüsü Əli Qaybalıyev elə hadisə yerindəcə dünyasını dəyişib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR