Xudatda ev, Ağcəbədidə isə məktəb yandı - yaralılar var - VİDEO

07.12.2018 20:32

Xudatda qaz sızması nəticəsində ikimərtəbəli ev partlayıb, 2 nəfər xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Xaçmazın Xudat şəhərində, Əlağa Vahid küçəsində qeydə alınıb. Ev sahibi Davud Əlimuradov evdə qaz sobasını yandırdıqdan bir müddət sonra sızma olub və partlayış baş verib. Evin içi və əşyalar dağılaraq yararsız hala düşüb.

Nəticədə ev sahibi, 40 yaşlı Davud Əlimuradovdan başqa, onlara qonaq gələn, ev sahibinin xalası Qətibə Teymurova da xəsarət alıb.

Hazırda Xaçmaz qaz istismarı idarəsi, polis və rayon prokurorluğunun əməkdaşları hadisəni ətraflı araşdırırlar.

Ağcabədi rayonunun Boyat kəndində isə uşaq musiqi məktəbinin binasında yanğın baş verib. 120 şagird yerlik məktəb binasının dam örtüyündə başlayan yanğın geniş əraziyə yayılıb. Yanğına ilk müdaxiləni kənd sakinləri ediblər. Hadisə yerinə Ağcabədi Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları da gəlib. Yanğın söndürülüb. Yanğına məktəb binasının damında elektrik xəttində qısaqapanmanın səbəb olduğu ehtimal edilir. Hadisə zamanı bına yararsız hala düşsə də, xəsarət alan olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR