Yol polisi Astarada reyd keçirib - 20 sürücü cərimələnib - VİDEO

07.12.2018 20:31

Astara Dövlət Yol Polisi bölməsinin əməkdaşları gecə saatlarında rayon ərazisində bir neçə istiqamətdə reyd keçirib. Məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin edilməsi, kobud qayda pozuntularına yol verən sürücüləri aşkarlamaq olub.

Xezerxeber.az-ın məlumatına görə, reyd zamanı sərxoş sürücülər aşkarlanıb. Polisin "saxla" əmrinə tabe olmayan bəzi sürücülər isə təhlükə yaradaraq ərazidən uzaqlaşıblar.

Ərazidən uzaqlaşmağa çalışan bəzi sürücülər isə polis tərəfindən yaxalanıb. Bir neçə saat davam edən reyddə 60-a yaxın nəqliyyat vasitəsi saxlanılıb, 20 sürücü barəsində protokol tərtib edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR