Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bakıda avtoyuma məntəqəsində dəhşətli qətl - VİDEO

08.11.2018 19:23

Bakıda dəhşətli qətl hadisəsi törədilib.

32 yaşlı kişi iş başında amansızlıqla öldürülüb. Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan Murad Quliyev bacısı oğlu ilə birgə icarəyə götürüb işlətdiyi moykada qətlə yetirilib. Onu qəbələdən olan Elvin adlı şəxs öldürüb.

Elvindünən günorta saatlarında Muradın işlətdiyi moykaya gəlib və əlində olan bıçaqla onun boyun hissəsindən şah damarını kəsib. Murad Quliyev elə hadisə yerindəcə dünyasını dəyişib. Məlumata görə, qətl hadisəsi namus üstündə törədilib.

Hadisəni törədən Elvin adlı şəxsin bacısı ilə qətlə yetirilən Murad Quliyevin qeyri-rəsmi münasibəti olub. Qətl də məhz bu səbəbdən törədilib.

© xezerxeber.az


134 dəfə oxunub

ÇOX OXUNANLAR