Ata qızını şantaj edən oğlanı güllələdi – Dəhşətli görüntülər - VİDEO

08.11.2018 17:15

Ata qızını şantaj edən oğlanı güllələyib.

Hadisə Türkiyənin Ataşehir bölgəsində baş verib. Belə ki, iki nəfərlə qızını şantaj edən Z.K adlı gənclə kafedə görüşən ata silah çəkərək onun əlindən mobil telefonunu alıb.

Ardınca iaşə obyektində çölə çıxarılan oğlana fiziki təzyiq göstərilib və o, ayağından güllələnib. Görüntülər kafenin müşahidə kameraları vasitəsilə lentə alınıb.

Məlumata görə, Z.K şantaj etdiyi R.D-nın atasının şirkətində mühasib vəzifəsində çalışıb. Onlar arasında iki il sevgi münasibəti yaşanıb. İddia edilir ki, Z.K sevgilisini mobil telefonundakı görüntülərlə hədələyərək bu yolla onda böyük mələğdə pul istəyib. Onun bir neçə dəfə istəyinə nail olduğu bildirilir.

Minval.info

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR