Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Zamirə Hacıyeva Londonda həbs olundu - VİDEO

07.11.2018 20:56

Beynəlxalq bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda həbs edilib. Külli miqdarda vəsait mənimsənilməsi üzrə iki ittiham irəli sürülən Zəmirə Hacıyevanın Azərbaycana ekstradisiyası müzakirə olunur.

Azərbaycan Beynəlxalq Bankının keçmis sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Haciyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı"çərçivəsində həbs olunub.

Bildirilir ki, 55 yaşlı Zamirə Haciyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri Haciyevanın "firildaqçi" olmadığını iddia etsə də Zamirə Haciyeva var-dövlətinin hansi mənbədən əldə etdiyini açıqlamalıdır. "İzahedilməz Sərvət Sərəncamı'' Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləriüçün nəzərdə tutulan yeni qanundur.

Vestminster Magistr Məhkəməsindən yayılan məlumata görəZamirə Haciyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycan hökumətinin Bakiya ekstradisiyası barədə xahişi ilə bağlıdır. Ona qarşı külli miqdarda vəsaitlərin mənimsənilməsi üzrə iki ittiham irəli sürülüb, təcridxanada saxlanılır.

Qeyd edilir ki, Zamirə Hacıyeva zaminə buraxila bilər. Bunun üçün o, 500 min funt sterlinq məbləğində zəmanət məbləği ödəməlidir. Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmali, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir. Lakin dövlət prokurorlari buna kəskin etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir. Onun həbsi ilə bağlıapelyasiyaya noyabrin 9-da Ali Məhkəmədə baxilacaq.

Xatırladaq ki,BeynəlxalqbankınkeçmişsədriCahangir Hacıyevin arvadı on il ərzində Londonun məhşur dükanı Harrods-da 16 milyon funt sterlinq, başqa sözlə 35.85 milyon manat xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf kulubunu alıb.

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR