Türkiyədə yaşayan minlərlə azərbaycanlının problemi həll olunur - VİDEO

12.10.2018 20:31

Qardaş Türkiyədə minlərlə azərbaycanlı uzun müddətdir ki, bu ölkədə heç bir sənədləri olmadan yaşıyır. Bu da soydaşlarımızın nigaha daxil olmasında, övladlarının təhsil almasında ciddi problemlər yaradır. Türkiyə mətbuatı belə azərbaycanlıların sayının 100-minə çatdığını bildirir. Məsələnin cidilliyi İstanbuldakı baş konsulluğumuzu da hərəkətə keçirib.

Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlıların problemləri həll edilir.Uzun zamandır bu ölkədə yaşayan azərbaycanlar sənədləri qaydasında olmadığına görə müəyyən məhdudiyyətlərlə üzləşiblər.Türkiyə mətbuatının məlumatına görə bu ölkədəki Azərbaycanıların sayı 100 minə yaxındır.

Artıq problem həllini tapmaq üzrədir. Belə ki, şəxsiyyətini təsdiqləyən heç bir sənədi olmayan vətəndaşların qeydiyyatı aparılır. Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev "Xəzər Xəbər”ə açıqlamasında məsələnin mərhələli şəkildə həllini tapacağını bildirib.

Onu da qeyd edək ki, baş konsulluq problemin həlli üçün gücləndirilmiş iş rejmində çalışır.

Konsulluq həftə içi hər gün səhər 9-dan saat 1-ə qədər sənədlərin qəbulunu, saat 3-5 arası isə sənədlərinin təhvilini həyata keçirir. Konsulluğun rəsmi saytında ətraflı məlumatlar da yerləşdirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Xəzər Xəbərə verilən məlumata görə məsələ ilə bağlı konsulluq xidməti tərəfindən ciddi işlər aparılır və Türkiyə tərəfi də bu işdə lazımı dəstəyi göstərir.

© xezerxeber.az

FOTOQALERIYA






268 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR