Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qatarlar Bakıdan Gəncəyə 150-160 km/saat sürətlə hərəkət edəcək - VIP kupelər olacaq - VİDEO

12.10.2018 20:55

Bu ilin sonuna qədər işə düşməsi gözlənilən Bakı-Gəncə sürət qatarı həm adi, həm də vip otaqlara malik vaqonlardan ibarət olacaq. Qatarın hərəkət sürəti tədricən saatda 150 km-ə çatdırılacaq. Bunu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Qurumun sədri dəmir yolu sahəsində görüləcək digər işlərdən də danışıb

"Bu ilin sonundan etibarən sərnişinlər Bakıdan Gəncəyə sürət qatarları vasitəsilə rahat gedə biləcəklər". Bunu ''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Almaniyadan yeni alınan qatarlar həm adi, həm də vip otaqlara malikdir. Qatarların sürət yığma qabiliyyəti isə 300 km/saata qədərdir. Ancaq bu qatarların Bakı-Gəncə istiqamətində sürəti hələ ki,maksimum 150 km/saata olacaq

Qəbələyə çəkilişi davam edən dəmiryol xətti ilə bağlı sualı cavablandıran Cavid Qurbanov deyib ki, həmin dəmir yolunun gələn il istifadəyə verilməsi planlaşdırılır. Dəmiryol xətti üçün torpaq məsələsi artıq həll edilib, 20 km-lik torpaq yatağı hazır vəziyyətə gətirilib.

Qurumun sədri onu da bildirib ki, gələn ildən etibarən Bakı-Lənkəran dəmiryol xəttinin də əsaslı şəkildə yenidən qurulmasına başlanılacaq. Hazırda bu istiqamətdə xarici şirkətlər tərəfindən layihələndirmə işləri aparılır

Bakı-Sumqayıt dəmiryol xəttində isə bəzi keçidlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək. Cavid Qurbanovun sözlərinə görə, avtomobil yolu ilə dəmir yolunun eyni olduğu bəzi ərazilərdə müəyyən dəyişikliklər ediləcək.

"Bakı-Tblisi-Qars" dəmir yolu haqda danışan sədr bildirib ki, bir ilə yaxın müddətdə bu dəmir yolu ilə 3 minədək konteyner və vaqon daşınıb.

© xezerxeber.az


104 dəfə oxunub

ÇOX OXUNANLAR