İnsan həyatı üçün təhlükə: bir əlində telefon, digər əlində isə sükan - VİDEO

12.10.2018 20:54

Daha bir avtobus sürücüsü sərnişinlərin həyatınıtəhlükəyə atıb . Bakıda fəaliyyət göstərən 39 saylı marşrut avtobusunun sürücüsü bir əlində telefon, digər əlində isə sükanı tutaraq avtobusu idarə edib.

Əlində telefon votsapda kiminləsə danışa-danışa avtobus idarə edir.

Sərnişinlərin həyatını təhlükəyə atan bu sürücü hər an qəza törədə bilərdi. Söhbət paytaxtın Yasamal rayonu "Qismət" şadlıq sarayının qarşısından metronun "Elmlər akademiyası" stansiyası istiqamətinə hərəkət edən 39 saylı marşrut avtobusundan gedir.

Kadrlar avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. Görüntülərə diqqət etdikdə avtobus sürücüsünün ciddi qanun pozuntusuna yol verdiyini görmək olur. Belə vəziyyətdə başı telefona qarışan sürücü hər an qəza törədə, sərnişinlərin ölməsi və xəsarət alması ilə nəticələnən hadisənin baş verməsinə səbəb ola bilər.

"Yol hərəkəti haqqında" qanuna görə isə, sürücünü avtobusu idarə edərkən əlində telefon tutmaqla istifadəyə görə 50 manat miqdarında cərimə gözləyir.

© xezerxeber.az


227 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR