Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qripə yoluxan uşaqlar dərsə buraxılmayacaq - Direktorlara müraciət edildi - VİDEO

12.10.2018 20:57

İnfeksion xəstəliklərinin qarşısını almaq üçün hər gün dərs başlamazdan əvvəl şagirdlərin sağlamlıq vəziyyəti yoxlanılacaq. Özünü pis hiss edən, yüksək hərarəti olan şagirdlər məktəbdən uzaqlaşdırılacaq.

Artıq Səhiyyə Nazirliyi müəllimlərin və valideynlərin bu narahatlığına son qoymaq üçün tədbirlərə başlayıb.Ölkədəki bütün orta məktəblərdə qrip və kəskin respirator infeksiyaların yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard bildirib ki, özünü pis hiss edən, yüksək hərarəti olan şagirdlər məktəbdən sağalanadək uzaqlaşdırılacaqlar.

Hər gün dərs başlamazdan əvvəl bütün şagirdlərin sağlamlıq vəziyyəti yoxlanılacaq. Şagird sayı çox olan məktəblərdə tibb bacıları ilə yanaşı sinif rəhbərlərinin də köməyindən istifadə olunacaq. Yoluxma hadisələrinin sayı çox olacağı təqdirdə, məktəblərdə dezinfeksiya işlərinin aparılması üçün göstəriş də verilib.

Həkim-epidemioloqunsözlərinə görəhazırda məktəblərdə virusa yoluxma halları ilə bağlı narahatlıq yoxdur.

© xezerxeber.az


142 dəfə oxunub

ÇOX OXUNANLAR