Nazirlik təhlükəli şəxsin fotosunu yaydı - Bakıda və Sumqayıtda 100-ə yaxın evdən... - VİDEO

12.10.2018 20:50

BakıdavəSumqayıtda 100-ə yaxın evdən oğurluq edən şəxssaxlanılıb. O, mənzillərə pəncərədən girərək pul və qızıl oğurlayıb. Gədəbəydə də mənzilləri qarət edən şəxs polis tərəfindən tutulub.

Mənzilləri qarət edən şəxs tutulub. Həmin şəxsin 100-ə yaxın evdən oğurluq etdiyi bildirilir.

Zaur Süleykini paytaxtın Xətai polisi saxlayıb. Araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə təmir-tikinti alətləri oğurlaması müəyyən edilib. Zaur Süleykinin ətrafında həyata keçirilən əlavə tədbirlələ onun paytaxtın müxtəlif rayonları, həmçinin Sumqayıt şəhəri ərazilərində bu ilin əvvəlindən saxlanılana qədər 100-ə yaxın mənzildən oğurluq etdiyi məlum olub.

Qeyd edək ki, Zaur Süleykin oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif ərazilərində yerləşən ticarət mərkəzlərində satıb.

Gədəbəy rayonunun Tərsyer kəndində mənzillərdən birindən oğurluq edilib. Evdən xeyli miqdarda qızıl zinət əşyası və 10min rus rublu oğurlanıb. Gədəbəy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğuTovuz sakini, hal-hazırda həmin kənddə yaşayan 45 yaşlı Bəhman Məmmədovun etdiyi məlum olub.

Hər iki faktla bağlı müvafiq maddələrlə cinayət işi başlanıb, istintaq davam edir.

© xezerxeber.az


1070 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR