Ermənilər Frankofoniyanın Yerevan sammitinin iştirakçılarını Azərbaycandan oğurladıqları havalara oynadıblar

12.10.2018 11:26

Ermənilər nöbvəti dəfə Azərbaycanın milli musiqisini oğurlayaraq özlərinki kimi təqdim ediblər.
"Report" xəbər verir ki, oktyabrın 11-də Yerevanda 58 ölkəni birləşdirən Frankofoniya Beynəlxalq Təşkilatının sammiti keçirilib.
Əvvəllər ciddi beynəlxalq konfranslara ev sahibliyi etməmiş Ermənistan bu tədbirə Azərbaycana qarşı təxribat fürsəti kimi baxıb.
Əvvəlcə İrəvanda açılan "Frankofoniya şəhərciyi”ndə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi Ermənistan pavilyonu nəzdində təqdim edilib. Amma işğalçı ölkənin siyasi rəhbərliyi bununla kifayətlənməyib.
Frankofoniya sammitinin rəsmi hissəsi başa çatandan sonra gəzinti və ziyafət təşkil edilib. Ziyafətdə səslənən musiqilər isə Azərbaycandan oğurlanma olub. Ermənistanın baş naziri Nikol Paşinyan, tədbirdə iştirak edən dövlət və hökumət başçıları, eləcə də başqa ölkələrin rəsmləri ziyafət zamanı erməni musiqisi kimi səsləndirilən Azərbaycan rəqs havalarına oynayıblar.
Novxanı qəsəbəsi Mehdi Hüseynzadə adına orta məkətbin musiqi müəllimi Təranə Əliməmmədov "Report”a bildirib ki, birinci videoda Azərbaycanın "Duy-duy” və "Xurcunu” rəqslərinin qarışığı səsləndirilib.
İkinci videodakı çalınan hava isə Azərbaycanın "Basqalı” rəqsidir.
Sammitdə oynanılan rəqslərin və Azərbaycan rəqslərinin orjinallarının da təqdim edirik.


© xezerxeber.az


179 dəfə oxunub

XƏBƏRLƏR

17.10.2018 10:15

İranda zəlzələ

ÇOX OXUNANLAR