Prezident şimal bölgəsinə səfər edib - VİDEO

11.10.2018 20:56

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xızı və Quba rayonlarına səfər ediblər. Dövlət başçısı və xanımı bir sıra açılışlarda iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Məlumat verilib ki, sözügedən yolun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğunda olan 4 zolaqlı yolda beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi işləri görülür.Yeni inşa edilən yol 92 kilometrdən sonra Şabran rayonunun Gəndov kəndindən Rusiya sərhədinədək uzanan 60 kilometrlik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək. Ödənişli olacaq yeni avtomobil yolunun tikintisi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.

Prezident İlham Əliyev və xanımı Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki "Yeni Yaşma" Külək Elektrik Parkının açılışında da iştirak ediblər.Dövlət başçısına bildirilib ki,Külək Elektrik Parkında hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata yaxındır..Ümumi ərazisi 540 hektar olan obyekt parkı Cənubi Qafqazın ən böyük külək elektrik parkıdır. Stansiyanın istismara verilməsi nəticəsində Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7 faizdən 1,8 faizədək artacaq.

Sonra Quba rayonunda 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışı olub..

Avtomobil yolunun tikintisi 11 yaşayış məntəqəsini birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Yol müasir tələblər səviyyəsində inşa edilib. Bundan əlavə prezidentə uzunluğu 22 km olan Quba-Xaçmaz yolunun yenidən qurulması və uzunluğu 46 km olan Quba-Qonaqkənd yolunun layihəsi haqqında məlumat verilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.

İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan laboratoriyalar yaradılıb. Prezidentə həmçinin keyfiyyətli məhsul istehsalı və innovativ fermerlərin formalaşmasına dəstək olan "Ağıllı bağ layihəsi" barəsində də məlumat verilib.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak da ediblər .Prezidentə məlumat verilib ki, 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıqlar quraşdırılıb. Bu cür müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 100 yerlik "Günəş" körpələr evi-uşaq bağçası açılışında iştirak edib..Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb.

Prezident və birinci xanım Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD Factory" İstehsalat kompleksin açılışında iştirak ediblər.

Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək.

"Paşa Holding"in dəstəyi ilə "ABAD" publik hüquqi şəxs tərəfindən həyata keçirilən "ABAD Gastro Village" layihəsi çərçivəsində isə "Quba ABAD Factory"nin önündə "Food truck park"ı yaradılıb.

"Quba ABAD Factory" və "ABAD Gastro Village" komplekslərində, ümumilikdə, 90-100 nəfər vətəndaşın məşğulluğu təmin ediləcək.

Dövlət başçısı və 1-cı xanım "Qubaekoaqrar" Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılış mərasimində iştirak ediblər..

Dövlət başçısına Quba-Xaçmaz iqtisadi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verildi. Sonra dövlət başçısı zavodu işə saldı.

Bildirildi ki, zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. əhalidən tədarük edilmiş meyvələr, ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulması üçün sobaya yerləşdirilir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində salınan Gənclər Parkında yaradılan şəraitlə tanış olublar.

Bildirildi ki, parkın inşasına bu ilin fevralında başlanılıb. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün guşələr yaradılıb. Bundan başqa, Gənclər Parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli restoran da fəaliyyət göstərəcək. Parkda söhbətgahlar quraşdırılıb, uşaqların vaxtlarını səmərəli keçirmələri üçün attraksionlar qoyulub, geniş yaşıllıq zonaları salınıb.

© xezerxeber.az

FOTOQALERIYA






178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR