Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Osmanlı tarixini qoruyan azərbaycanlı rəssam: O, ən qədim və dəyərli əsərləri bərpa edir - VİDEO

11.10.2018 20:54

Türkiyədə qədim Osmanlıya məxsus əsərlərin bərpası ilə məşğul olan şəxslərdən biri də həmyerlimizdir. Rəqsanə Həsənova 5 ildir İstanbulda yaşayır. O, ən qədim və dəyərli əsərləri bərpa edir.

Gözəlliyi və əzəməti ilə insanı valeh edən İstanbulun hər daşında bir tarix yatır. Bu tarixin nümunələri əsrlərdir bərpa edilərək qorunur.

Bu qədim tarixin qorunması həvalə edilən insanlardan biri də həmyerlimiz olan bərpaçı -rəssam Rəqsanə Həsənovadır.

Rəqsanə Həsənova bu gün həsaslıqla qorunan bir çox tarixi əsərlərin bərpaçısı kimi böyük uğurlar əldə edib. Beş ildir qardaş ölkədə yaşayan gənc bərpaçı rəssamın Türkiyənin dörd bir yanından tələbəri də var. Azərbaycanda təhsil alan Rəqsanə Həsənova çox çətin olan bərpa sənətinin incəliklərini Osmanlı mirasına tətbiq etməyin qürurunu yaşadığını deyir.

Hazırda Istanbulda Osmanlı sultanlarının ailə üzüvlərinin olduğu ən böyük məzarlıq olan Haticə Turhan Sultan Türbəsində bərpa işlərini aparan həmyerlimiz deyir ki, restavrasiya işlərində ardıcıllıq çox önəmlidir. Tarixi əsərlər çox az müdaxilə ilə qorunmalıdır.

Tarixi şəxsiyyətlərin üzərlərinə geydikləri, duaların yazıldığıvə Türkiyədə iki muzeydə qorunan nadir əsərlərdən olan, "Tilsimli köynək"dən birinin də bərpasını Rəqsanə Həsənova edib.

© xezerxeber.az


74 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR